Kiyevə hücumlar davam edir | Ukraynanın paytaxtında son vəziyyət necədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya-Ukrayna cəbhəsində gərgin döyüşlər davam edir. Ukraynanın paytaxtı Kiyev artıq üç gündür fasiləsiz hava hücumu xəbərdarlıqları ilə üz-üzədir.
Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanovun sözlərinə görə, Rusiya Ordusunun 2022-ci ilin aprelində Kiyev ətrafından geri çəkilməsindən sonra ilk dəfədir ki, şəhərdə hava həyəcanı bu qədər uzun müddət davam edir. Hazırda da Kiyevdə hava həyəcanı rejimi qüvvədədir. Hücumlar səbəbindən şəhərdə bir sıra obyektlər, o cümlədən ticarət mərkəzləri, supermarketlər və mağazalar fəaliyyətini dayandırıb.
Bildirilib ki, Kiyevin mərkəzi rayonları istisna olmaqla, şəhərin ətraf əraziləri, xüsusilə Solomensk və Obolon rayonları, eləcə də Kiyev vilayəti mütəmadi olaraq dron hücumlarına məruz qalır. Hər saat müxtəlif istiqamətlərdən çoxsaylı pilotsuz uçuş aparatlarının şəhərə doğru hərəkət etdiyi barədə xəbərdarlıqlar edilir.
Qeyd edilib ki, son sutkada Kiyev istiqamətinə 300-ə yaxın dron hücum edib, onlardan təxminən 200-ü havada zərərsizləşdirilib. Bununla belə, vurulan dronların qalıqları da ətraf ərazilərdə dağıntılara səbəb olur.
Hücumlar nəticəsində Kiyev vilayətində ölənlərin sayının 10-a, yaralananların sayının isə 20-yə çatdığı bildirilir.
Vurğulanıb ki, oxşar vəziyyət qonşu Çerniqov və Sumı vilayətlərində də müşahidə edilir.
Ukrayna Prezident Ofisinin müşaviri Pavel Polişçuk bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Rusiya Ordusu quru istiqamətində də Kiyevə hücuma hazırlaşa bilər.
Onun sözlərinə görə, mümkün hücumun Kiyev və Çerniqov vilayətləri ilə yanaşı, Jitomir vilayətini də əhatə edə biləcəyi ehtimal olunur. Pavel Polişçuk bölgə sakinlərini mümkün təhlükəyə qarşı diqqətli olmağa çağırıb.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
