Kiyevə kəşfiyyat məlumatları ötürülür? | Lavrovu özündən çıxaran məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO Kiyevə uzaqmənzilli silahlarla yanaşı, kosmik kəşfiyyat məlumatları da ötürür”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Diplomatiya Akademiyasında Ukrayna böhranı ilə bağlı xarici ölkələrin səfirləri üçün keçirdiyi dəyirmi masada bildirib.
Onun sözlərinə görə, NATO-nun hədəfi Rusiya ərazisində yaşayış binaları, enerji və sənaye infrastrukturu, o cümlədən sosial obyektlərdir.
Nazir Qərbin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurmaqla bağlı verdiyi icazədən də danışıb:
“Şübhə etmirik ki, Rusiya Federasiyasının ərazisinə hücumlar üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar çoxdan verilib. İndi onlar bunu daha yaxşı şəkildə rəsmiləşdirməyə çalışırlar”.
S.Lavrov Rusiya qüvvələrinin Ukrayna qoşunlarını Kursk vilayətindən çıxardığını da söyləyib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
