Kiyevə növbəti dəfə hücum edildi | Baku TV hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyev də olmaqla, ölkənin əksər şəhərlərinə kütləvi hava hücumu olub. Nəticədə bir sıra şəhərlər ciddi dağıntılara məruz qalıb:
“Dağıntıların əksəriyyəti havada zərərsizləşdirilən ağır raketlərin qalıqlarının düşməsi nəticəsində meydana gəlib. Paytaxt Kiyevin əksər rayonlarında bir sıra yaşayış və iaşə obyektləri dağılıb”.
Jurnalistin verdiyi məlumata görə, Kiyevdə 22 nəfər ağır yaralanıb, 1 nəfər həlak olub. Yaralananlardan 13 nəfərin vəziyyəti kritikdir: “Ümumilikdə ölkə üzrə 50 nəfərin yaralandığı, 2 nəfərin həlak olduğu bildirilir. Dağıntılar altında axtarışlar davam edir”.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
