Pleyeri seçin:

Kobaxidze Rusiya-Gürcüstan münasibətlərindən danışdı

23 dekabr 2025 464 baxış

“Rusiyaya münasibətdə siyasətimiz tamamilə aydındır, işğal məsələsinə dair qırmızı xətlərimiz var”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalının efirində deyib.

O qeyd edib ki, Gürcüstan ərazilərinin 20 faizi işğal altında olduğu müddətdə status-kvonun əsaslı şəkildə dəyişdirilməsi, o cümlədən diplomatik münasibətlərin bərpası mümkün deyil.

Baş nazirin sözlərinə görə, Gürcüstan Rusiya ilə ticarət-iqtisadi əlaqələrə malik olsa da, bu münasibətlər praqmatik çərçivədə saxlanılır.

“Rusiyaya qarşı siyasətimiz çox aydındır. Bir tərəfdən, işğal məsələsi ilə bağlı qırmızı xətlərimiz var. Ərazilərimizin 20 faizi, 2 tarixi bölgəmiz işğal altında qaldığı müddətdə diplomatik münasibətlərin bərpası da daxil olmaqla, status-kvonu əsaslı şəkildə dəyişdirmək mümkün deyil. Bunun hüquqi və siyasi əsasları mövcuddur”, – deyə Baş nazir vurğulayıb.

Kobaxidze əlavə edib ki, Gürcüstanın əsas məqsədi münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.

“Bu yolda çoxsaylı çətinliklər mövcuddur və qlobal siyasi proseslər də mürəkkəb şəkildə inkişaf edir. Gələcəkdə vəziyyətin necə dəyişəcəyini zaman göstərəcək. Lakin ictimaiyyətə açıq şəkildə bildiririk ki, qırmızı xətlərimiz var və əsas qırmızı xəttimiz işğal məsələsidir”, – deyə o bildirib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 464 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 464 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 464 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 464 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 464 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 464 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 464 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 464 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 464 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 464 baxış
Seçilmişlər
icon