Koçaryan və Sarkisyan Rusiyaya işləyib? - Paşinyandan qalmaqal yaradan sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı sərt ittihamlar irəli sürüb.
“Teleqraf” xəbər verir ki, o, ad çəkmədən keçmiş prezidentlərin vaxtilə Rusiyanın “gizli əmr”i ilə hərəkət etdiklərinə eyham vurub.
“Seçki saxtakarları və qəsbkarlar, sizi Ermənistanda hakimiyyətə gətirənlərin məqsədlərinin nə olduqlarını söyləməyi unutmayın. Siz deməyəcəksiniz, amma mən deyirəm: Ermənistanın heç vaxt müstəqil dövlət olmaması, hətta dövlət olmaması üçün! Buna görə o, sakit şəkildə öz mövcudluğunu dayandırmalı, hətta formal dövlət kimi dağılmasını gözləməli və itaətkarlıqla bu əmr yerinə yetirilməli idi”, – N.Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın mövcud hakimiyyətinin nümayəndələri həmişə R.Köçəryan və S.Sarkisyanı Rusiyaya işləməkdə ittiham edirlər. Təsadüfi deyil ki, fevralın 17-də Ermənistan Baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan açıq şəkildə R.Köçəryanı satqın adlandırmışdı:
“Ermənistana periferik əyalət kimi baxan R.Köçəryanın son məqsədi Ermənistanı Rusiyaya nimçədə təqdim etməkdir. Bunu etməyə çalışır”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
