Kreml terroru özü bu məqsədlə törətdi | Döyüşçülərdən qalmaqallı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada baş verən faciədə Putinin terrorçu rejimini günahlandırırıq.
Bu barədə Rusiyanın Azadlığı Legionunun döyüşçülərinin yaydıqları bəyanatda bildirilib.
“Biz artıq Putinin hakimiyyətdə olduğu ilk günlərdən Kreml diktaturasının oxşar təzahürləri ilə qarşılaşmışıq və növbəti qanlı təxribata təəccüblənmədik. Legion rusiyalı mülki şəxslərlə müharibə aparmır.
“Ryazan şəkəri” Putinin təhlükəsizlik qüvvələrinin bizim dəstəkləmədiyimiz və mübarizə apardığımız üsuludur”, – bəyanatda qeyd olunub.
Sibir batalyonu da Moskvada baş vermiş teraktın Rusiya xüsusi xidmət orqanlarının təxribatı olduğunu bəyan edib:
“Bu cinayətdə kimin ittiham olunmasından asılı olmayaraq, bu xüsusi əməliyyatı Kreml Ukraynaya qarşı müharibəyə haqq qazandırmaq və Rusiya Federasiyası daxilində repressiyaları gücləndirmək məqsədilə həyata keçirib. Bu, artıq bir neçə dəfə baş verib. Yeni heç nə yoxdur. Kreml rejiminin belə qəddarlığı hər biriniz dözdükcə dayanmayacaq. Sibir batalyonunun əsgərlərindən nümunə götürün. Bu, özünüzü azad etməyin və tiranlığın girovluğuna son qoymağın yeganə yoludur”.
#Crocus City Hall teqi istifadə olunub
- Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama
- "Crocus City Hall" işi üzrə məhkumlar koloniyalara paylanıb - Baku TV
- “Crocus City Hall”da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi
- Rusiya İstintaq Komitəsi Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun saymadı
- Vüqar Hüseynov ölümündən sonra "igidliyə görə" ordeninə layiq görüldü
