Kuleba “24 saat” planından danışdı | Trampın Putinlə bağlı sərt sözlərinə qapılmayın, çünki...
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini sona çatdırmağın çətinliyini dərk edib və artıq buna görə “24 saat ərzində həll”dən danışmır”.
Bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “France24” telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, biz onun Prezident Putin haqqında mənfi sözlərinə və ya şərhlərinə çox da qapılmamalıyıq, çünki ertəsi gün onun Prezident Zelenskiyə və ya bütövlükdə Ukraynaya qarşı oxşar bir şey deməyəcəyinə zəmanət yoxdur”, – o bildirib.
D.Kuleba qeyd edib ki, Tramp sazişin bağlanmasını və müharibənin bitməsini istəyir:
“Hesab edirəm ki, o, bunun ilk düşündüyündən qat-qat çətin olduğunu başa düşdü və nəticəyə nail olmaq üçün daha uzun və daha çox zəhmət tələb olunacaq. Ona görə də artıq “24 saat” haqqında eşitmirik”.
Qeyd edək ki, D.Tramp prezidentlikdən öncə Ukrayna münaqişəsini 24 saat ərzində həll edəcəyini dəfələrlə bildirmişdi.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
