Pleyeri seçin:

Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

25 dekabr 2025 552 baxış

Əlcəzairin Milli Xalq Assambleyası XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.

Bu barədə açıq keçirilən iclasın birbaşa yayımında bildirilib.

Beləliklə, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik, "birbaşa və dolayı nəticələri, həmin tarixdən sonra da davam edən təsirləri" qanunvericilik səviyyəsində rəsmi şəkildə cinayət kimi təsbit olunub.

Qanun müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi ilə bağlı təxminən 30 növ cinayət müəyyənləşdiriblər. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, qadağan olunmuş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, o cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları daxildir.

Bu sınaqların nəticələrini yerli sakinlər bu gün də hiss edirlər. Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və kompensasiya ödənilməsini tələb edəcək.

Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb, Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib. 

Banner
2060-cı ilə qədər buzlaqlar yox ola bilər

2060-cı ilə qədər buzlaqlar yox ola bilər

Dünya
09 noyabr 2026 552 baxış
Hindistanın Baş naziri Modi bütün ştatların silahlılardan təmizləndiyini bəyan edib

Hindistanın Baş naziri Modi bütün ştatların silahlılardan təmizləndiyini bəyan edib

Dünya
09 noyabr 2026 552 baxış
Misirdə qatarların toqquşması nəticəsində ölənlər və 150-dən çox yaralı var

Misirdə qatarların toqquşması nəticəsində ölənlər və 150-dən çox yaralı var

Dünya
09 noyabr 2026 552 baxış
“ABŞ bunu etsə, Kiyevin şansı qalmayacaq” | Tramp Ukraynanın sərhədlərini dəyişəcək? - Baku TV

“ABŞ bunu etsə, Kiyevin şansı qalmayacaq” | Tramp Ukraynanın sərhədlərini dəyişəcək? - Baku TV

Dünya
09 noyabr 2026 552 baxış
Bəhreyn BMT Təhlükəsizlik Şurasına çağırış edib

Bəhreyn BMT Təhlükəsizlik Şurasına çağırış edib

Dünya
09 noyabr 2026 552 baxış
Efiopiyada yaşayış məntəqəsinə hücumda 50-dən çox insan həlak olub

Efiopiyada yaşayış məntəqəsinə hücumda 50-dən çox insan həlak olub

Dünya
09 noyabr 2026 552 baxış
Hücumların arxasında hansı ölkə dayanır?

Hücumların arxasında hansı ölkə dayanır?

Dünya
09 noyabr 2026 552 baxış
Əraqçi İranın ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoyduğunu bildirib

Əraqçi İranın ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoyduğunu bildirib

Dünya
09 noyabr 2026 552 baxış
İngilis marşal dəniz ittifaqı yaradır

İngilis marşal dəniz ittifaqı yaradır

Dünya
09 noyabr 2026 552 baxış
Nüvə sazişi və Hörmüz boğazı Trampın qərarına necə təsir edəcək? - Baku TV CANLI

Nüvə sazişi və Hörmüz boğazı Trampın qərarına necə təsir edəcək? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 552 baxış
Seçilmişlər
icon