Pleyeri seçin:

Litva görüşləri Türkiyəyə nə vəd edir?

13 iyul 2023 190 baxış

Rusiya-Ukrayna müharibəsi əsasında başlanmış məlum qlobal gərginliyin qeyri-müəyyən şəkildə davam etməsi Türkiyənin Avrasiya məkanındakı siyasi manevr imkanlarını, eləcə də Şimali Atlantika Müqaviləsi Təşkilatındakı mövqelərini daha da gücləndirib.

NATO sammitinin nəticələri aydın şəkildə göstərir ki, rəsmi Ankara dünyanın ən böyük hərbi alyansı çərçivəsində öz şərtlərini diktə etməyi bacarır. Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın Litvadakı sammit çərçivəsində keçirdiyi görüşlər və yekun bəyannamədə əksini tapan müddəalar da göstərir.

Ekspertlər hesab edirlər ki, Litva sammitindən sonra Türkiyənin NATO və ABŞ ilə münasibətlərində yeni mərhələ başlanıb. ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı ilə görüşündən sonra əminliklə bildirib ki, “F-16” qırıcılarının Türkiyəyə satılması məsələsində problem olmayacaq. Bunun ardınca ABŞ administrasiyası da təyyarələrin satışını dəstəklədiyini açıqlayıb.

Zirvə görüşü ilə bağlı yekun bəyannamədə isə qeyd edilib ki, alyans terrorun bütün təzahürləri ilə mübarizə aparmağı öhdəsinə götürür. Türkiyəyə qarşı siyasi ədalətsizliklərin aradan qaldırılmasına gəldikdə deməliyik ki, dünyadakı ikili standartlar prizmasında bu məsələnin birmənalı həlli real görünmür. Lakin müəyyən yumşalmalar olacağı istisna deyil.

Nəzərə almaq lazımdır ki, İsveçin NATO hərbi blokuna qəbulu ilə bağlı protokol Türkiyə Böyük Millət Məclisinə təqdim edilsə də, ehtimal ki, bu məsələnin müzakirəsi payız sessiyasında təsdiqlənəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Litva səfərindən öncə açıqlamasında bildirib ki, bu məsələnin həlli üçün, ilk növbədə, Türkiyənin Avropa İttifaqına üzvlüyünə tətbiq olunan maneələr aradan qaldılmalıdır. Digər tərəfdən rəsmi Ankara türkə qarşı düşmənçiliyi əsas hədəf kimi seçən terror təşkilatlarının İsveç başda olmaqla bəzi Avropa ölkələrində fəaliyyət göstərməsini yolverilməz hesab edir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 190 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 190 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 190 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 190 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 190 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 190 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 190 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 190 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 190 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 190 baxış
Seçilmişlər
icon