Livan-İsrail sərhədində dəhşətli atışma oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlıları Livan-İsrail sərhədində patrul xidməti həyata keçirərkən yenidən atəşə tutulub.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail qüvvələri Sarda bölgəsində "mavi dəbilqəlilər"ə Merkava tankına quraşdırılmış pulemyotdan atəş açıb.
Məlumatda deyilir: "Livan ərazisində yerləşdirilən tankdan patrulumuza 10-dan çox atəş açılıb. Biz sülhməramlıların atəşə tutulmasını BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi pozulması hesab edirik, çünki İsrail tərəfi onların yeri və patrul vaxtı barədə əvvəlcədən xəbərdar edilib.
Müvəqqəti Qüvvələrin Komandanlığı İsrail Ordusundan sərhəd bölgəsində sabitliyi bərpa etməyə çalışan BMT qüvvələrinə qarşı təcavüzkar davranışını və hücumlarını dayandırmağı tələb edir".
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
