Livan-İsrail sərhədində gərginlik davam edir | İsrail müdafiə nazirindən xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyat keçirməkdən başqa çarəsi yoxdur”.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəyə səfərə gələn ABŞ prezidentinin enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hokstinlə görüşdə deyib.
O, Livan-İsrail sərhədində vəziyyətin həlli ilə bağlı razılığın əldə olunması imkanlarının aşağı olduğunu vurğulayıb. Çünki “Hizbullah” Qəzza zolağında fəaliyyət göstərən HƏMAS hərəkatı ilə bağlılığını davam etdirir və münaqişəni dayandırmaqdan imtina edir.
“İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”, – deyə nazir bildirib.
Bu arada, Livan ərazisindən İsrailin şimal rayonlarına 10-dan çox raket atıldığı qeydə alınıb. Bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, mərmilərin əksəriyyəti Ramot-Naftali sərhəd yaşayış məntəqəsi istiqamətində atılıb. Onların bəziləri İsrail hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, mərmilərdən biri kəndin ətrafına düşüb. Ölən və yaralılar barədə məlumat daxil olmayıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
