Livana böyük ziyan dəyəcək | Müharibə ilə bağlı yeni təklif
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri Yoav Qallant Livana xəbərdarlıq edib.
ABŞ-yə səfəri çərçivəsində jurnalistlərə açıqlama verən nazir bildirib ki, İsrail Ordusu “Hizbullah”ı istənilən müharibədə asanlıqla məğlub edə bilər. Yoav Qallant hətta bir az da irəli gedərək ölkəsinin Livanı “Daş dövrünə” qaytarmağa da qadir olduqlarını vurğulayıb.
Bütün bunlar olmasın deyə müdafiə naziri İsrail tərəfinin diplomatik həll yoluna üstünlük verdiyini bildirib.
“Biz müharibə istəmirik, lakin hər bir ssenariyə hazırlaşırıq. “Hizbullah” çox yaxşı başa düşür ki, əgər müharibə başlasa, Livana böyük ziyan vura bilərik”, – deyə Y.Qallant vurğulayıb.
Müdafiə naziri ABŞ rəsmiləri ilə görüşündə isə Qəzzada hökm sürən uzunmüddətli müharibənin dayandırılması istiqamətində danışıqların aparılmasından məmnunluğunu bildirərək Ağ Evin İsrailə dəstəyini xüsusilə vurğulayıb.
O, Yaxın Şərqdə uzunmüddətli sabitliyi bərqərar edən, yerli fələstinlilər, regional tərəfdaşlar və ABŞ-nin maraqlarını müdafiə edən rəsmi Vaşinqtonun hazırladığı “Ertəsi gün” adlı təkliflər paketini qənaətbəxş hesab edib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
