Livanda İsrailə qarşı müqavimətin sonu gəlir? | Nəsrullahın ölümü elə ciddi hadisədir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Hizbullah” indiyədək çoxlu itki verib. Amma Nəsrullahı itirməklə “Hizbullah” həm beynini, həm də ürəyini itirdi. Bu, həyati itkidir. Nəsrullahdan sonra “Hizbullah” sağ qala bilərmi? Bəlkə də davam edə bilər, amma əvvəlki effektivliyini saxlaması çox çətindir”.
Bu sözləri “Hürriyyət”in yazarı Əhməd Hakan “Hizbullah” lideri Həsən Nəsrullahın ölümü haqda qeyd edib.
Nəsrullahın 32 il “Hizbullah”a rəhbərlik etdiyini xatırladan yazar bildirib ki, Livan kimi xaotik bir ölkədə 32 il yaşamaq asan məsələ deyil və böyük siyasi məharət tələb edir:
“İsrailə meydan oxumaq üçün isə həm də hərbi bacarıq lazımdır. Nəsrullahın hər iki sahədə mahir olduğu aydın idi. Nəsrullah xarizmatik insan idi. Güclü natiqliyi var idi. Onun həftədə bir dəfə etdiyi çıxışı hamı izləyirdi. O, kütlələrlə sehrli əlaqə qura bilirdi. Onun adı ətrafında mif formalaşmışdı.
Onun xarizmasını gücləndirən bir detal: 18 yaşlı oğlu Hadi Nəsrullah da İsrail münaqişəsində həlak olanlar arasında idi. Ölənlər üçün təşkil edilən dəfn mərasimində Həsən Nəsrullah ölən gənclərin alınlarından öpürdü. Növbəni pozmadı, oğluna “ölü gənclərdən biri” kimi yanaşdı”.
Hakan xatırladıb ki, Nəsrullah İsrail üzərində ciddi qələbəyə imza atmışdı:
“Livandakı “Hizbullah” müqavimətinin təsiri ilə İsrail 2000-ci ildə işğal etdiyi Cənubi Livandan geri çəkilmək məcburiyyətində qaldı. Bu, İsrailin ilk dəfə ərəb ölkəsindən geri çəkilməsi idi. Bu tarixi hadisə “Hizbullah”ın qələbəsi kimi qəbul edildi. Nəsrullah o vaxtdan bəri böyük nüfuz qazandı.
2006-cı ildə “Hizbullah” döyüşçüləri İsrailə qarşı əməliyyat keçirdilər. İsrailin bir əsgəri öldürüldü, iki əsgəri girov götürüldü. Beləliklə, İsraillə “Hizbullah” arasında müharibə başladı. Bu müharibə Nəsrullahı “İsrailə qarşı müqavimət göstərən yeganə ərəb lideri” mövqeyinə yüksəltdi.
Nəsrullah İsrailin bir nömrəli hədəfi idi. Çox yaxşı qorunurdu. Nəsrullahı qorumaq “Hizbullah” üçün ən həyati məsələ idi.
Suriya vətəndaş müharibəsində məzhəbçi mövqeyini saxlamaq Nəsrullahın nüfuzunu bir qədər aşağı saldı. Həririnin öldürülməsindən sonra Nəsrullahın Livanın daxili siyasətindəki mövqeyi əvvəlki qüdrətini itirdi. Bunlar Nəsrullahın şəxsi tarixinin ən problemli sahələridir.
Nəsrullahın öldürülməsi hər hansı “Hizbullah” komandirinin öldürülməsinə bənzəməz. Nəsrullahın öldürülməsi tarixi qırılma nöqtəsidir. Livandakı anti-İsrail müqavimət xətti çox ciddi yara aldı. Bundan sonra Livanda müqavimət xətti qalmaya bilər. Nəsrullahın öldürülməsi bu qədər ciddi hadisədir”.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
