Livanın Cənubu raketlə vuruldu | İsrail Ordusu
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri İranın dəstəklədiyi “Hizbullah” hərbi qruplaşmasının Livanın cənubundakı mövqelərinə zərbələr endirib.
Bu qərar qruplaşmanın hücumlarına cavab olaraq verilib.
İsrailin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yaroun kəndində “Hizbullah”a məxsus komandanlığı, Marun ər-Ras kəndində isə müşahidə qülləsini vurub.
Qeyd edək ki, zərbə endirilən obyektlər arasında Labbunehdəki hərbi kompleks, Cebbeyndəki komanda mərkəzi və qruplaşma üzvlərinin toplaşdığı Beyt Lif və Baraaçitdəki binalar da var.
Məlumat üçün bildirək ki, hərbi qruplaşma İsrailin şimalında bir sıra bölgələrə atəş açıb. Hücumlar nəticəsində insan itkisi qeydə alınmayıb.
İsrail Ordusunun yaydığı məlumata görə, hərbi qruplaşma ölkənin şimalına hücumlarını davam etdirir.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
