London İrana qarşı hərbi əməliyyatlarda iştirak edir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Böyük Britaniya regionda hərbi qüvvələrin, o cümlədən Hava Hücumundan Müdafiə və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri, eləcə də “F-35” qırıcılarının yerləşdirilməsi ilə bağlı məsələlərdə ABŞ ilə əməkdaşlıq edir”.
Bunu ölkənin Baş naziri Kir Starmer parlamentdə çıxışı zamanı bəyan edib.
O bildirib ki, ABŞ təyyarələri Britaniya bazalarında yerləşir. Qarşılıqlı münasibətlərin xüsusi forması da bundan ibarətdir:
“Britaniya qırıcıları Yaxın Şərqdəki birgə bazalarımızda amerikalıların həyatını qorumaq üçün pilotsuz uçuş aparatlarını və raketləri vurur. Bu, xüsusi münasibətlərin əməldə təzahürüdür. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün kəşfiyyat məlumatlarının gündəlik mübadiləsi aparılır. Bu münasibətləri xüsusi edən də budur”.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
