Lukaşenko hakimiyyəti kimlərə ötürəcək? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Hakimiyyətdən yapışıb qalmıram, hər şeyi edəcəyəm ki, onu yeni nəsilə dinc ötürüm.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Hər şeyi edəcəyəm ki, hakimiyyəti yeni nəsilə dinc və səssiz verim. Ümid edirəm, yeni hökumətdə siz də, mənim övladlarım da yaşayacaq”, – o bildirib.
A.Lukaşenko ən böyük üstünlüyünün hakimiyyəti güc yolu ilə tutmağa cəhd etməməsi olduğunu vurğulayıb.
Belarus lideri qeyd edib ki, nəsil dəyişkənliyinin ağrısız olması üçün hər şeyi edəcək:
“Gənc nəsilləri hazırlamaq lazımdır. Belarusu bizim uşaqlarımız əlinə alacaq, qoruyacaqlar. Biz sizinlə bu ölkənin suverenliyi və müstəqilliyini qorumuşuq. Nəsil dəyişkənliyi həmişə ağrılı proses olub. Söz verirəm ki, bunun ağrısını hiss etməyəcəksiniz”.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
