Lukaşenko Trampa təşəkkür etdi | “Bu cür axmaqlıqlar lazım deyildi”
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın əsas səbəbinin neft olduğunu bildirib.
Lukaşenko bu fikirləri “Mənəvi dirçəlişə görə” mükafatının təqdimetmə mərasimində səsləndirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp zərbənin motivini açıq şəkildə ifadə edib.
“ABŞ Prezidentinə yalnız təşəkkür edə bilərəm ki, bunu açıq deyir ki, onlara neft lazımdır. Təəssüflə deyirəm ki, prosesin əvvəlində müəyyən mənada bu vəziyyətə cəlb olunmuşdum və amerikalılara venesuelalıların əməkdaşlığa hazır olduğunu çatdırmışdım. Bu cür axmaqlıqlara yol vermək lazım deyildi, çünki sonradan bundan çıxmaq çox çətin olacaq”, – deyə Lukaşenko bildirib.
Onun sözlərini "BelTA" nəşri yayıb.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
