Lukaşenkodan ABŞ və İsrailə savaş mesajı: 3-cü dünya müharibəsi başlaya bilər
Yeniliklərdən dərhal xəbərdar olun
“Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər”.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
Belarus lideri vurğulayıb ki, hazırda davam edən HƏMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.
Lukaşenkonun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar, mütləq cavab alacaqlar: “Hazırda vəziyyəti gərginləşdirən İran deyil, İsrail və ABŞ iranlıları müharibəyə dartmağa çalışırlar”.
Belarus Prezidentinin fikrincə, HƏMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur.
Lukaşenko Yaxın Şərqdəki vəziyyəti böyük fəlakət adlandırıb və bildirib ki, HƏMAS döyüşçülərinin İran istehsalı olan silah-sursatlardan da istifadə etməsi İranın münaqişədə iştirakı demək deyil:
“Dünyada silah ticarəti gedir və həmin silahlar hər hansı digər qüvvələrin vasitəsilə HƏMAS-ın əlinə keçə bilər”.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
