Lukaşenkodan gözlənilməz etiraf | 31 ildir hakimiyyətdə qalmasının əsl səbəbi nə imiş?
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko gənc nəsli hazırlamaq üçün hakimiyyətdə uzun müddət qaldığını iddia edib.
O bu barədə paytaxt Minskdə Beynəlxalq Sərgi Mərkəzinin açılış mərasimində bildirib.
“Sizə söz verdiyim kimi, əslində, hakimiyyətə yeni nəsil gətirilib. Amma mən bir az gecikmişəm, səbr edin, çünki orada təcrübəli insanlar olmalıdır”, – dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, gənclərin nəyə qadir olduğuna baxmaq və nəticə çıxarmaq lazımdır:
“Mən artıq sizdən heç nə tələb etmirəm. Qalan hər şeyə biz qərar verəcəyik. Mən prezident kimi öz məsələlərimlə məşğul olacağam. Hər şey öz yerindədir, bu maşın uğurlu şəkildə işləməlidir”.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarus Prezidentidir.
#Belarus teqi istifadə olunub
- Ukrayna sərhədində fəallıq artır | Belarus hücuma hazırlaşır? - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
