Lukaşenkodan Zelenski barədə sərt ittiham | Ukraynaya xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Pavel Zarubinə verdiyi müsahibədə Ukrayna Prezidenti Volodimir Zelenskini sülh sazişini dayandırmaqda ittiham edərək Kiyevə sərt xəbərdarlıq edib. Lukaşenko müharibənin başa çatmaması probleminin nə ABŞ-da, nə də Rusiyada olduğunu, əsas maneənin məhz "Volodimir Aleksandroviç Zelenskidə" olduğunu bildirib. Belarus lideri, Ukraynaya ediləcək güclü təzyiq nəticəsində Zelenskinin lazımi qərarları qəbul edəcəyini, lakin bu qərarların tez bir zamanda verilməsinin vacibliyini vurğulayıb. Lukaşenko əlavə edib ki, Rusiya cəbhə xəttində irəliləyişini davam etdirir və bu vəziyyət Ukraynanın bir dövlət olaraq yoxa çıxması ilə nəticələnə bilər. Belarus Prezidenti bu fikirləri məsuliyyətlə dediyini və hər gün bunun şahidi olduğunu qeyd edib.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
