Lukaşenkonun Trampı təbrikində diqqətçəkən məqam | Putin niyə susur?
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm”.
Bu sözlər Belarus lideri Aleksandr Lukaşenkonun Donald Trampa təbrikində əksini tapıb.
“Bu il görünməmiş mübarizə şəraitində keçən səsvermənin nəticələri sizin şəxsi şücaətinizin təcəssümü oldu. Siz bunu ilk növbədə Amerika və onun vətəndaşları adına həyata keçirdiniz. Sizə cansağlığı, Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar arzulayıram”, – Lukaşenkonun təbrikində deyilir.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Donald Trampı təbrik etmək haqda düşünmədiyini açıqlayıb. Bu baxımdan Rusiyanın ən yaxın müttəfiqinin təbriki diqqət çəkir. Belə ki, Lukaşenko adətən Putinin demək istədiyi, ancaq hansısa səbəbdən deyə bilmədiklərini dilə gətirir.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
