Pleyeri seçin:

Luvr muzeyinin qarəti ilə bağlı bütün şübhəlilər saxlanılıb

04 dekabr 2025 571 baxış

Fransada Luvr muzeyinin qarət işi üzrə bütün şübhəlilərin saxlanılması prosesi başa çatdırılıb.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, ümumilikdə yaşı 34-39 arasında olan dörd kişi həbs edilib.

Son şübhəli bir həftə əvvəl Fransanın Laval şəhərində tikinti meydançasında saxlanılıb və hazırda təkadamlıq kamerada saxlanılır.

Onun vəkilləri müvəkkilinin Luvrda olduğuna dair sübutların mövcud olmadığını bildirərək həbs qərarından apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Məlumata görə, 39 yaşlı şübhəli Sena-Sen-Deni departamentindəndir və daha əvvəl altı dəfə sutenerlik, sürücülük vəsiqəsi olmadan avtomobil idarəetməsi, oğurlanmış əşyaların satışı və digər cinayətlərə görə məhkum olunub. O, 2010-cu ildə törətdiyi cinayətlərdən birinə görə iki ay şərti cəza alıb.

İstintaqın versiyasına əsasən, dəstənin iki üzvü birbaşa Apollon Qalereyasına daxil olub, digər iki nəfər, o cümlədən sonradan saxlanılan şəxs binanın çölündə gözləyib. Onlar birlikdə dəyəri 88 milyon avro olan kral zinət əşyalarını oğurlayaraq hadisə yerindən qaçıblar. Son şübhəli qarətdən sonra qiymətli əşyaları ağ furqonda daşıyıb.

İş üzrə daha bir fiqurant şübhəlilərdən birinin həyat yoldaşı cinayətə kömək etməkdə ittiham olunur, lakin hələlik azadlıqdadır.

Saxlanılanlar xırda cinayətkarlar hesab edilir və müstəntiqlər cinayətin arxasında sifarişçi və əsas təşkilatçının dayandığını istisna etmirlər. Oğurlanmış kral zinət əşyalarının harada olması isə hələ də məlum deyil.

Kopyalandı
Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 571 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 571 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 571 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 571 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 571 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 571 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 571 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 571 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 571 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 571 baxış
Seçilmişlər
icon