Macarıstan xarici işlər nazirindən açıqlama | Ukraynaya qoşun göndərilir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb ölkələri qoşunlarını Ukraynaya göndərə bilər”.
Bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto yerli radiostansiyalardan birinə açıqlamasında bildirib.
“Onlar müharibə dilində danışırlar və elə düşünürlər ki, sanki özləri də bu müharibənin içərisindədirlər. Rusiya ilə Ukrayna arasındakı müharibə şəxsi məsələyə çevirilməyə başlayıb. İttifaqın üzvləri artıq sağlam düşüncə ilə qərar qəbul edə bilmirlər. Bütün bunlar Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi ilə nəticələnə bilər”, – nazir qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron NATO və Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsini təklif edib. Onun bu təklifi tərəfdaşları tərəfindən birmənalı qarşılanmayıb və ciddi tənqid edilib.
#Qərb ölkələri teqi istifadə olunub
- Qərbin Ukraynaya qoşun göndərmək planı regionda gərginliyi daha da artıracaq? - Baku TV
- Moskva ilə Qərb ölkələri arasında diplomatik gərginlik niyə alovlanıb? - Baku TV CANLI
- Avropa Cənubi Qafqaza üz tutur: Azərbaycanla əməkdaşlıq prioritetdir? - AKTUAL GÜNDƏM
- Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... | Zaxarovadan açıqlama - Baku TV
- Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?
