Makron İran-ABŞ gərginliyindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron ABŞ-İsrail-İran müharibəsinin bitdiyinə inanmır.
O bu barədə "France 2" telekanalının efirində bəyan edib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı müharibəsi tərəflər arasında imzalanan memoranduma baxmayaraq, hələ tam başa çatmayıb.
"ABŞ-İran-İsrail müharibəsi liderlər tərəfindən memorandum imzalanmasına baxmayaraq, hələ bitməyib. Düşünmürəm ki, bu münaqişənin nəhayət həll olunduğunu deyə bilərik", – deyə Makron jurnalistin İranla bağlı münaqişənin ilkin yekunlarına qiymət vermək xahişini cavablandırarkən bildirib.
Makron qeyd edib ki, əldə olunan razılaşma Livana şamil olunan atəşkəs rejimini və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpasını nəzərdə tutur.
"60 gün keçdikdən sonra biz nüvə proqramı və ballistik raketlərlə bağlı hansı addımların atılacağını, həmçinin İranın həqiqətən də əvvəlkindən daha az təhlükəli olub-olmadığını müəyyən etməli olacağıq", – deyə Makron söyləyib.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
