Pleyeri seçin:

Makron növbəti seçkilərdə iştirak edə bilməyəcək | Fransua Olland

23 iyun 2024 283 baxış

Fransada makronizm erası bitmək üzrədir.

Bunu Fransanın keçmiş prezidenti Fransua Olland “Frans Press” agentliyinə müsahibəsində deyib.

“Makronizm əgər mövcud olubsa, artıq bitib”, – deyə o qeyd edib.

Sabiq prezident bildirib ki, E.Makronun mandatı bitməyib, lakin o, artıq növbəti seçkilərdə iştirak edə bilməyəcək.

“E.Makron hakimiyyətə gələndə Fransa siyasətinin artıq sağ və sol arasında bölünməyəcəyini bəyan etmişdi. Artıq siyasətdə təcəssüm etdiyi dövr bitdi”, – deyə F.Olland əlavə edib.

2017-ci ildə son dərəcə aşağı reytinqinə görə 2-ci müddətə namizəd olmaqdan imtina edən F.Olland böyük siyasətə qayıtmağa cəhd etmək niyyətindədir. O, əvvəllər Tul kommunasının deputatı və meri olduğu Korrez departamentində solçu “Yeni Xalq Cəbhəsi” alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.

Qeyd edək ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

Banner
Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib

Dünya
26 oktyabr 2026 283 baxış
Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək

Dünya
26 oktyabr 2026 283 baxış
Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Uqandada kimlər 21 gün ərzində təcrid şəraitində qalmalı olacaq? - Baku TV

Dünya
26 oktyabr 2026 283 baxış
ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Dünya
26 oktyabr 2026 283 baxış
Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV

Dünya
26 oktyabr 2026 283 baxış
Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 283 baxış
Özünü axmaq kimi göstərən dahi | Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? - ARAŞDIRMA

Özünü axmaq kimi göstərən dahi | Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? - ARAŞDIRMA

Dünya
25 oktyabr 2026 283 baxış
Trampın miqrasiya siyasəti erməniləri çıxılmaz vəziyyətə salıb? - Baku TV CANLI

Trampın miqrasiya siyasəti erməniləri çıxılmaz vəziyyətə salıb? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 283 baxış
İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI

İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 283 baxış
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 283 baxış
Seçilmişlər
icon