Makron yenə biabır oldu | Sorğunun nəticələri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın “Odoxa” şirkəti Prezident Emmanuel Makronla bağlı sorğunun nəticələrini ictimaiyyətə açıqlayıb.
Açıqlamaya görə, fransızların 74%-i, yəni dörddə üçü Makronu uğursuz lider hesab edir.
Ölkənin sağçı “Milli Birlik” partiyasının tərəfdarlarının 94%-i Prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər. Solçu “Əyilməz Fransa” partiyasından olan tərəfdarların isə 86%-i bu fikirdədir.
Sorğuya əsasən, iştirakçıların 52%-i Fransada Prezidentin 1 dəfədən artıq müddətə namizədliyini irəli sürmək hüququna malik olmamasını düşünürlər.
Qeyd edək ki, belə bir nəticənin ortaya çıxması yalnız hazırkı siyasi vəziyyətlə bağlı deyil, həm də fransızların qəbul etmədiyi Prezidentin şəxsiyyəti ilə bağlıdır.
Bundan başqa, ölkə vətəndaşları siyasi böhrandan son dərəcə narahat olduqlarından hökumətdən genişmiqyaslı inzibati islahatların keçirilməsini tələb edirlər. Respondentlərin 56%-i Altıncı Respublikaya keçidin vacibliyində həmfikirdir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
