Makron Zelenski ilə görüşdən qaçdı | Fransa Prezidentinə sərt sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti fevraldan bəri planlaşdırdığı Ukrayna səfərini bu dəfə də təxirə salıb.
Emmanuel Makronun həmkarı Zelenksi ilə 13-14 mart tarixlərində keçirilməsi gözlənilən görüşdən boyun qaçırması isə birmənalı qarşılanmayıb. Təhlükəsizliyi səbəbindən rəsmi Kiyevə getməkdən çəkinən Makronun bu qərarı həm ölkəsində, həm də Ukraynada müzakirələrə səbəb olub.
Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo isə liderin qorxaq olması səbəbindən bu addımı atdığını bildirib:
“Onun “cəsarəti” təhlükəsizliyindən ehtiyat edərək bir ayda 2-ci dəfə Kiyevə səfərini təxirə salmasından sonra ortaya çıxdı. Yalnız özünü deyil, ölkəsinin etibarını da aşağı saldı! Rusiya ona gülür! Ölkə tarixində heç bir siyasi lider qorxusunu belə açıq şəkildə büruzə verməyib!”.
Məsələ ilə bağlı yerli kütləvi informasiya vasitələrində də müxtəlif versiyalar dolaşır. Bəzi mənbələr Emmanuel Makronun Rusiya məsələsində müttəfiqləri ilə fikir ayrılıqlarının olması səbəbindən Ukraynaya səfərini təxirə saldığını yazıb. Digərləri isə onun Qərb ölkələrinin rəsmi Kiyevə yardımla bağlı razılıqlarını alandan sonra getmək istədiyini qeyd edir.
Mənbə bu versiyanı fransalı rəsmilərin mətbuata açıqlamaları ilə əlaqəndirib. Onlar da bildiriblər ki, lazımi qərarların qəbul edilməsi və tərəfdaşlar qarşısında öhdəliklərin formalaşdırılması bir az vaxt tələb edir.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
