Pleyeri seçin:

Makronla Baş nazir arasındakı narazılıqlar | Fransada siyasi böhran səngimir

23 dekabr 2024 322 baxış

Fransada parlament seçkilərindən sonra baş qaldıran siyasi böhran səngimək bilmir.

Ölkə Prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnyenin istefa ərizəsini qəbul etmiş və bundan sonra hökumətin qurulması vəzifəsini “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayruya həvalə etmişdi.

F.Bayru kifayət qədər təcrübəli və iddialı siyasətçidir və E.Makronun onunla işləməkdə çətinlik çəkəcəyi əvvəlcədən bəlli idi.

E.Makronun istəyi hökuməti öz nəzarətində saxlamaq, onun prezident seçilməsi üçün pul xərcləyən ağalarının arzuladıqları şəxsləri strateji nazirliklərin başına gətirməkdir. O, bundan əvvəlki baş nazirlərin dövründə bu siyasəti həyata keçirib. Söz yox ki, həmin şəxslərin yalnız adı Baş nazir idi, hökumətə faktiki rəhbərliyi elə Prezident E.Makronun özü edirdi.

Əsas mübahisə doğuran məsələ ölkənin gələcək baş diplomatının kimliyi ilə bağlıdır. Xarici işlər naziri vəzifəsini yerinə yetirən Baş nazirin partiya yoldaşı Jan-Noel Barronun bu vəzifəyə rəsmi təsdiq edilməsi Prezident tərəfindən qəbul edilmir.

E.Makron bu vəzifəyə çoxdankı müttəfiqi və keçmiş daxili işlər naziri Jerald Darmaninin gətirilməsinə çalışır. Ancaq F.Bayru Prezidentin adamının xarici işlər naziri olmasını istəmir. O, E.Makronun bu günə qədərki xarici və təhlükəsizlik siyasətini sərt tənqid edir və keçirilən tədbirləri yanlış adlandırır. Onun Fransanın ənənəvi xarici siyasətində dəyişiklik etmək cəhdləri Yelisey sarayı tərəfindən qəbul edilmir.

Prezident və Baş nazirin arasındakı daha bir narazılıq isə müdafiə nazirinin təyinatı ilə bağlıdır. F.Bayru bu vəzifəyə Sebastyan Lekornunu gətirmək istəyir. Lakin E.Makron onun da namizədliyi ilə razılaşmır.

Prezidentin istəyi Jerald Darmaninin xarici işlər naziri təyinatına razılıq verilməsi müqabilində S.Lekornunun müdafiə naziri təyin edilməsidir.

Görünür, Emmanuel Makron Fransa tarixi üçün rüsvayçılıq olan xarici siyasət kursundan əl çəkmək istəmir və məhz buna görə də öz adamını xarici işləri naziri postuna gətirmək istəyir.

İstənilən halda F.Bayru dövrü E.Makron üçün asan keçməyəcək. Baş nazir elə ilk addımda Prezidentə gücünü göstərərək onu yerinə oturtmağı bacarıb.

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 322 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 322 baxış
Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Dünya
21 sentyabr 2026 322 baxış
İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

Dünya
21 sentyabr 2026 322 baxış
Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Dünya
21 sentyabr 2026 322 baxış
Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Dünya
21 sentyabr 2026 322 baxış
Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Dünya
21 sentyabr 2026 322 baxış
Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Dünya
21 sentyabr 2026 322 baxış
Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Dünya
21 sentyabr 2026 322 baxış
Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Dünya
21 sentyabr 2026 322 baxış
Seçilmişlər
icon