Makronu qorxuya salan səbəb | Fransa mübarizə tədbirləri görməyə başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron öz təhlükəsizliyindən narahat olmağa başlayıb, bunun nəticəsində o, təhlükəsizliyini gücləndirməyə, eləcə də iddia edilən Rusiya təhlükəsi ilə mübarizə tədbirləri görməyə başlayıb.
Bu barədə “Marianne” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Jurnalist Rusiya Federasiyasının “hücum” təşkil etmək qərarı ilə bağlı fevralın sonunda Makronun dediyi ifadəyə istinad edərək, Fransa liderinin həqiqətən də Moskvanın hücum etmək niyyətində olduğunu düşünüb-düşünmədiyi ilə maraqlanıb.
Buna cavab olaraq Fransa kəşfiyyatının adı açıqlanmayan nümayəndəsi Rusiyanı nəzərdə tutaraq bildirib ki, dövlət təhdidi artıb. Makronun təhlükəsizlik komandasından adı açıqlanmayan mənbə isə bildirib ki, 2023-cü ilin yayından etibarən prezidentin yanında “bir neçə böyük oğlan” var.
#Fransa teqi istifadə olunub
- Emmanuel Makronun nüvə çəkindirmə planına 10 Avropa ölkəsi maraq göstərib
- 10 Avropa ölkəsi Fransanın "qabaqcıl çəkindirmə" planına maraq göstərib - Baku TV CANLI
- Fransada Milli Birlik Partiyasının lideri danışarkən qurultayda gərgin anlar yaşanıb - Baku TV
- Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM
- Nitsada etiraz aksiyası gərginləşdi | Polis gözyaşardıcı qazdan istifadə etdi - Baku TV
