Pleyeri seçin:

Makronun "balacası" hakimiyyətə gəlir

11 yanvar 2024 323 baxış

Prezident Emmanuel Makron Baş nazir postunda 63 yaşlı Elizabet Bornu 35 yaşlı Qabriel Attal ilə əvəzləyib.

Bununla da dünya Fransa tarixində ilk dəfə cinsi azlıq nümayəndəsinin hökumət rəhbəri postuna təyin olunmasına şahidlik edib. Özü barədə mediaya açıqlama verən Baş nazir sevgilisinin deputat olduğunu da etiraf edib.

Dərhal araşdırmalara başlayan ölkə mətbuatı Q.Attalın məşuqunun “İntibah” partiyasının baş katibi, millət vəkili Stefan Sejournet olduğunu üzə çıxarıb. Onu da qeyd edək ki, bir müddət vətəndaş nikahında olmaqlarına baxmayaraq, Qabriel Attal və Stephan Sejournet heç vaxt sevgi hekayələri haqqında ictimaiyyəti məlumatlandırmayıblar.

Yerli medianın xəbərinə görə, onlar 2 illik vətəndaş nikahından sonra 2022-ci ildə ayrılıblar. Buna sübut kimi isə hər iki siyasətçinin nişan üzüklərini taxmaması, yığıncaqlarda, dövlət tədbirlərində bərabər iştirak etməmələri göstərilir. Amma buna baxmayaraq, Stephan Sejournet keçmiş sevgilisini təbrik etməyi unutmayıb. O, sabiq baş nazir Elizabet Börnə göstərdiyi siyasi fəaliyyətinə görə təşəkkürünü də bildirib.

Qabriel Attalın Baş nazir postuna gətirilməsinə ekspertlərdən də reaksiyalar gecikməyib.

Beynəlxalq Proseslərin Təhlili Laboratoriyasının elmi işçisi Aleksey Çixaçovun fikrincə, onun siyasətə gəlişi təsadüfi deyil:

“O, varlı və hörmətli ailədən olan bir adamdır. Məşhur kinoprodüserin oğludur. Aparıcı universitetlərdə, o cümlədən Paris Siyasi Araşdırmalar İnstitutunda təhsil alıb. 2017-ci ildə gənc yaşda siyasətə gələn kimi dərhal E.Makronun komandasına qoşulub və hakimiyyətdə olduğu ilk illərdən nüfuzlu vəzifələr tutmağa başlayıb. Özü də E.Makrona çox bənzəyir. Onların davranışında da oxşarlıq var”.

Bəzi ekspertlər isə yeni Baş nazirin səlahiyyətləri 2027-ci ildə başa çatacaq E.Makronun varisi olacağına inanırlar. Qərb mediası iddia edir ki, o vaxta qədər Q.Attal tamamilə sınaqdan keçiriləcək. Amma problem ondan ibarətdir ki, Baş nazir E.Makron hakimiyyətinin bütün mənfiliklərini, səhvlərini də mənimsəyəcək.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 323 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 323 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 323 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 323 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 323 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 323 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 323 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 323 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 323 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 323 baxış
Seçilmişlər
icon