Marin Le Penin başı bəlada | Paris Prokurorluğu hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paris Prokurorluğu “Milli birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı təhqiqata başlayıb.
O, 2022-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir. Bu barədə yerli media məlumat yayıb.
Təhqiqata seçki zamanı namizədlərin xərclərinin geri qaytarılmasının qanuniliyini araşdıran komissiyanın müraciəti səbəb olub.
Qurum 2022-ci il prezident seçkiləri zamanı bəzi namizədlərlə bağlı Prokurorluğa bir neçə sorğu göndərib. Lakin təhqiqat yalnız Marin Le Pen barəsində başladılıb.
Medianın məlumatına görə, burada “təşviqat kampaniyasının maliyyələşdirilməsi mənbələri” ilə bağlı problemdən söhbət gedir. Fransa qanunlarına görə, seçki kampaniyaları zamanı namizədlərin müəyyən edilən xərc limitini aşması qadağandır.
Şərtlərin yerinə yetiriləcəyi təqdirdə dövlət xərclərin bir hissəsini geri ödəyir. Əks halda, müvafiq komissiya seçki hesablarına düzəlişlər edə, ödənilməli olan kompensasiya məbləğini azalda və lazım gələrsə, məsələ ilə bağlı Prokurorluğa sorğu göndərə bilər.
#Fransa teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Fransada etirazların miqyası genişləndi | Saxlanılanlarla bağlı rəqəm açıqlandı - Baku TV
- 2025-ci ildə 927 nəfər həyatını itirib ki, onların da 83 %-i kişidir
