Mariya Zaxarova: Məqsəd Moskva və İrəvan əlaqələrinə zərər vurmaqdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərb kütləvi informasiya vasitələri Ermənistan rəsmilərindən təxribatçı suallara güclə cavab alırlar”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 26-da keçirilən brifinqdə erməni Baş nazir Nikol Paşinyanın ABŞ mətbu orqanlarından birinə verdiyi müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Təəssüflər olsun ki, hazırkı Ermənistan reallığında bu cür təhriklər işə yarayır. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsilə həll edirik. Biz bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasındakı çoxplanlı əlaqələrə zərər vurmaqdır”, – deyə Rusiya XİN-in sözçüsü əlavə edib.
#Mariya Zaxarova teqi istifadə olunub
- Rusiya rəsmisi erməni gənclərə ortaq tarixi unutmamaq çağırışı etdi - Baku TV CANLI
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Zaxarovadan Ankara və Vaşinqtona Ukraynayaya görə xəbərdarlıq - Baku TV
- Rəsmi Bakı Moskvaya etirazını bildirdi | Ayxan Hacızadədən “Baku TV”yə açıqlama - Baku TV
- “Bu cür mövzular Azərbaycanla əlaqəli şərh edilməməlidir" | Ayxan Hacızadə - Baku TV CANLI
