Medvedevdən Makron ilə bağlı şok açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Crocus City Hall”da törədilən terror aktının sponsoru Fransa Prezidenti Emmanuel Makrondur.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.
O bildirib ki, E.Makronun və digər Qərb liderlərinin bu terrorda əli var. Dmitri Medvedev həmçinin hadisəni Ukraynaya bağlı muzdluların təşkil etdiyini bildirib.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar. Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır.
#Rusiya Təhlükəsizlik Şurası teqi istifadə olunub
- Şoyqudan Ermənistana xəbərdarlıq
- "Avropa qazına keçsəniz, xalq sizi qovacaq" | Medvedevdən Paşinyana mesaj - Baku TV CANLI
- “Cəmi bir gecəyə...” | Sergey Şoyqudan İrəvana sərt xəbərdarlıq - Baku TV CANLI
- “Qərb artıq maskaları çıxarıb” | Sergey Şoyqudan diqqətçəkən sözlər
- Rusiyadan gələn qalmaqallı xəbərdarlıq | Venesuela ssenarisi bu ölkədə də təkrarlanacaq? - Baku TV
