Pleyeri seçin:

Məhkəmədən Trampı özündən çıxaracaq qərar | ABŞ Prezidentinin planı baş tutmadı

29 may 2025 522 baxış

ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Donald Trampın prezident səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək onun idxala gömrük rüsumları tətbiq etmək qərarının icrasını ləğv edib.

Bu barədə məlumat Məhkəmənin elektron məlumat bazasında dərc olunub.

Sənəddə bildirilib ki, xitam verilmiş qərarların yenidən qüvvəyə minmə ehtimalı sıfra bərabərdir.

Məhkəmənin qərarına əsasən, D.Tramp yeni idxal tariflərini elan etməklə Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının ona verdiyi səlahiyyətləri də aşıb. Məhkəmə D.Trampın təkcə 185 ölkə və bölgədən gələn məhsullara cavab tariflərini deyil, həm də idxala tətbiq etdiyi bütün rüsumları bloklayıb.

Bu isə o deməkdir ki, qərar Çindən tədarüklərə görə 30 %, Meksika və Kanadadan bəzi malların idxalına 25 %, eləcə də 10 % universal rüsumlara təsir edəcək.

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq öz çıxışı zamanı bildirib ki, tariflər məsələsində Çin dəfələrlə öz mövqeyini açıqlayıb:

“Ticarət müharibələrində qalib yoxdur. Proteksionizmin – idxalına qadağa qoyulan məhsulların ölkədaxili inkişafına çalışmaq bütün tərəflərin maraqlarına zərər vurur. Bu, qeyri-peşəkar bir addımdır”.

Qeyd edək ki, məhkəmənin qərarı avtomobillərin və onların ehtiyat hissələrinin, polad, alüminiumun tədarükü tariflərinə şamil edilmir. Onlar “Ticarətin genişləndirilməsi qanunu”na uyğun olaraq təqdim edilib. 

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 522 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 522 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 522 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 522 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 522 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 522 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 522 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 522 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 522 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 522 baxış
Seçilmişlər
icon