Məkarim Şirazidən gözlənilməz fətva | Allaha qarşı savaşan...
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı islam alimi, ayətullah Məkarim Şirazi ABŞ Prezidenti Donald Trampa qarşı fətva verib.
FOX-un məlumatına görə, fətvada bildirilir ki, dünya islam icmasının liderliyinə və birliyinə meydan oxuyan və ya onu təhlükəyə atan hər bir şəxs və ya hökumət “müharibə aparan”, yəni Allaha qarşı savaşan kimi qəbul olunmalıdır.
İran qanunvericiliyinə görə, “muharib” kimi tanınan şəxslər edam edilə, çarmıxa çəkilə, əlləri və ayaqları kəsilə və ya sürgün edilə bilər.
Fətvada daha sonra deyilir:
“Son günlərdə ABŞ Prezidenti və sionist rejimin liderləri dəfələrlə İranın ali liderinə və bəzi mərceyi-təqlidlərə qətllə hədələr səsləndiriblər. Ali lideri və dini rəhbərləri öldürmək planını qurmaq islam hüququna görə böyük bir cinayətdir və ağır şəkildə cəzalandırılmalıdır. Dünyanın bütün müsəlmanları onlardan intiqam almalı, bunu qəzəb və güc ilə etməlidir”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
