“Mən bu siyasi sərmayəni Qərb birliyinə inandığım üçün etdim” | Meloni
Yeniliklərdən dərhal xəbərdar olun
"Son aylarda münasibətləri çətinləşdirən bir sıra ictimai fikir ayrılıqlarına baxmayaraq, ABŞ Prezidenti Donald Trampla sıx əlaqələr qurmaq səylərimdən peşman deyiləm".
Bunu İtaliyanın Baş naziri Ciorciya Meloni bildirib.
Meloni əvvəllər Trampın ən yaxın Avropa müttəfiqlərindən biri hesab olunurdu. Lakin o, son zamanlar media müsahibələrində və sosial media paylaşımlarında ABŞ liderinin tənqid hədəfinə çevrilib.
İtaliyanın Baş naziri ABŞ Prezidenti ilə münasibətlərini Qərb birliyini qorumaq istəyi əsasında qurduğunu vurğulayıb.
"Mən bu siyasi sərmayəni Qərb birliyinə inandığım üçün etdim. Bu, Trampın gəlişindən sonra qəbul etdiyim strategiya deyil, bütün həmkarlarımla birlikdə sərgilədiyim yanaşmadır", – deyə Ciorciya Meloni bildirib.
#Donald Tramp teqi istifadə olunub
- ABŞ Prezidentinin açıqlaması Vaşinqtonda ziddiyyət yaradıb
- Huanqın gedişi Çin üçün fürsətə çevrilə bilər? - "Nvidia" qalmaqalı ətrafında müzakirələr - Baku TV
- Tramp: "Sülh sazişinə Zelenski ilə Putin arasındakı şəxsi düşmənçilik mane olur"
- Trampdan Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı müsbət mesaj - Baku TV CANLI
- ABŞ İranla hansı razılaşmanı istəyir? | Tramp Çin səfərindən nələr qazandı? - Baku TV
