Pleyeri seçin:

“Mən müharibəni başladan ölkəyə gedə bilmərəm” | Volodimir Zelenski

12 fevral 2026 415 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times” qəzetinin 24 fevralda prezident seçkiləri və referendum elan etməyi planlaşdırdığı barədə xəbərini təkzib edib.

O, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, bu cür planlar barədə məlumatı ilk dəfə mediadan eşidib.

Zelenski həmçinin vurğulayıb ki, bütün zəruri təhlükəsizlik təminatları təmin edildikdə seçkilərə davam ediləcək.

“Biz seçkilərə hazırıq. Buna nail olmaq çox asandır. Atəşkəs elan edilən zaman seçkilər keçiriləcək”, – deyə Ukrayna lideri bildirib.

O həmçinin Rusiya ilə danışıqlar məsələsinə toxunaraq, Moskvada görüş keçirməyəcəyini vurğulayıb.

“Mən bu müharibəni başladan ölkənin paytaxtına gedə bilmərəm. Biz ABŞ-nin təkliflərini dəstəkləməyə, Amerikanın istənilən ərazisində, Avropada, təbiki Rusiya və Belarus istisna olmaqla istənilən dövlətdə görüşməyə hazırıq”, – deyə Zelenski bildirib.

Ukrayna lideri hesab edir ki, ABŞ və Avropa Ukrayna ilə birlikdə hərəkət etməlidir.

“Əgər onlar ayrı-ayrılıqda Rusiya ilə işləsə, bundan yalnız Rusiya faydalanacaq. Amerika və Avropa birlikdə daha güclüdür”, – deyə o qeyd edib.

Müharibənin nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab verən Zelenski bildirib ki, bu, təkcə Ukraynadan deyil, həm də Rusiyaya təzyiq göstərəcək ABŞ-dən asılıdır.

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Rezaidən Tramp və ərəb ölkələri barədə sərt açıqlama

Dünya
21 sentyabr 2026 415 baxış
İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

İlkin nəticələr hakim partiyanın seçkilərdə öndə olduğunu göstərir

Dünya
21 sentyabr 2026 415 baxış
Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Tramp Zelenskidən Rusiyaya zərbələri dayandırmağı tələb edib

Dünya
21 sentyabr 2026 415 baxış
Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Festival zamanı Macarıstanın Baş nazirinin üzünə içki atılıb

Dünya
21 sentyabr 2026 415 baxış
Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Supertanker çatışmazlığı qlobal neft tədarükünü risk altına sala bilər

Dünya
21 sentyabr 2026 415 baxış
Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib

Dünya
21 sentyabr 2026 415 baxış
Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Fransalı namizəd Ukraynada sülhü Avropa liderlərinin blokladığını deyir

Dünya
21 sentyabr 2026 415 baxış
Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Trampın razılıq verdiyi hərbi kompleks planı maraq doğurur

Dünya
21 sentyabr 2026 415 baxış
Arxeoloqlar Roma imperiyası dövrünə aid metal emalatxanası aşkarlayıblar

Arxeoloqlar Roma imperiyası dövrünə aid metal emalatxanası aşkarlayıblar

Dünya
21 sentyabr 2026 415 baxış
Rusiya və Ukrayna paytaxtındakı obyektlər qarşılıqlı zərbələrin hədəfinə çevrilib - Baku TV

Rusiya və Ukrayna paytaxtındakı obyektlər qarşılıqlı zərbələrin hədəfinə çevrilib - Baku TV

Dünya
21 sentyabr 2026 415 baxış
Seçilmişlər
icon