Pleyeri seçin:
Mən Trampın təkliflərini görmək istəyirəm | Zelenskidən vacib açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampdan sülh planı almağı gözləyir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi “Ukraynadan taxıl proqramı”na həsr olunmuş görüşdə deyib.
“Mən ABŞ-nin yeni Prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq”, – deyə Ukrayna lideri bildirib.
V.Zelenski həmçinin vurğulayıb ki, D.Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.
Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. O, dəfələrlə Ukraynada münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
