Pleyeri seçin:

Meşə yanğınlarından hər il bu qədər insan həlak olur

01 dekabr 2024 522 baxış

Beynəlxalq tədqiqatçılar qrupu meşə yanğınlarının havanın çirklənməsinə və insan sağlamlığına yaratdığı təhlükəni aşkar ediblər.

Bu cür yanğınlar hər il dünyada 1 milyon 500 mindən çox insanın ölümünə səbəb olur və onların böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə baş verir.

Landşaft yanğınlarına həm meşə yanğınları, həm də kənd təsərrüfatı torpaqlarındakı yanğınlar daxildir.

Araşdırma zamanı məlum olub ki, belə yanğınlar nəticəsində atmosferə atılan tüstü ürək və tənəffüs yolları da daxil olmaqla ciddi xəstəliklərə səbəb olur.

Alimlər qeyd edirlər ki, iqlim dəyişikliyi yanğınların tezliyini və intensivliyini artırır, bu isə gələcəkdə qurbanların sayının artmasına səbəb ola bilər.

Təhlil üçün 2000-ci ildən 2019-cu ilə qədər olan dövrün məlumatları istifadə edilib. Alimlər yanğınlar nəticəsində havanın çirklənməsi ilə müxtəlif xəstəliklərdən ölüm halları arasında əlaqəni araşdırıblar. Ürək-damar və tənəffüs orqanlarının xəstəliklərinə xüsusi diqqət yetirilib.

Hər il təxminən 450 min ürək, 220 min tənəffüs xəstəliklərindən ölüm halları yanğınlar nəticəsində havanın çirklənməsi ilə əlaqələndirilib. Bu halların 90 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə baş verir.

Ölümlərin 40 faizi Alt-Sahara Afrikasında, yəni Böyük Səhradan cənubda yerləşən ölkələrin payına dşür. Çin, Konqo, Hindistan, İndoneziya və Nigeriya isə ən çox ölüm qeydə alınan ölkələrdir.

Tədqiqatın müəllifləri landşaft yanğınlarının təsirləri və iqlim ədalətsizliyi ilə mübarizə üçün tədbirlər görməyə çağırıb. Onlar ən çox zərər çəkən ölkələr üçün maliyyə və texnoloji dəstəyin artırılmasına ehtiyac olduğunu qeyd ediblər.

Xatırladaq ki, Bakıda keçirilən COP29 müxtəlif ilklərə imza atıb və belə problemlərin həlli üçün mühüm sənədlər qəbul olunub.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 522 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 522 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 522 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 522 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 522 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 522 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 522 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 522 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 522 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 522 baxış
Seçilmişlər
icon