Pleyeri seçin:

Mitinqləri vəhşicəsinə yatırdı | Zaxarovadan Fransa ilə bağlı sərt açıqlama

04 sentyabr 2024 433 baxış

“Rusiya Fransa hüquq-mühafizə orqanlarının və hərbçilərinin Yeni Kaledoniyada yerli əhaliyə qarşı tətbiq etdiyi metodların qəbuledilməzliyini dəfələrlə qeyd edib”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “news.ru”nun sualına belə cavab verib.

O əlavə edib ki, beynəlxalq ictimaiyyət dekolonizasiya prosesinin başa çatmadığını görür:

“Xatırlatmaq istərdim ki, bu ilin may ayında arxipelaq Fransanın yeni qanunlarına qarşı çıxan minlərlə sakinin etiraz aksiyaları ilə gündəmi zəbt etmişdi. Paris bir daha bəyan edilmiş insan hüquqları və söz azadlığı dəyərlərindən uzaqlaşdığını nümayiş etdirdi. Fransa hakimiyyəti mitinqləri vəhşicəsinə yatırtdı. Əlbəttə ki, bu, itkisiz baş tutmadı.

Fransa başqa ölkələrdəki seçkilərlə bağlı qiymətləndirmələrində obyektiv deyil. Görün, Paris bu və ya digər ölkədə keçirilən seçkiləri hansı narahatlıq, təşviş və aşkar manyaklıqla qiymətləndirir, dünyanın bu və ya digər regionunda söz azadlığının vəziyyətinə necə qiymət verir. Bu da onların öz sözləri ilə desək, cavabdeh olduqları ərazidir. Görün, orada nə baş verir. Onlar etdiklərinə görə cavab verməyə hazır deyillər".

Mariya Zaxarova əlavə edib ki, Fransanın dənizaşırı ərazilərində sosial-iqtisadi gərginlik davam edir və Fransa hakimiyyəti problemlərin əsas səbəbini aradan qaldırmaq əvəzinə kütləvi siyasi repressiyalar həyata keçirmək qərarına gəlib.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 433 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 433 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 433 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 433 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 433 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 433 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 433 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 433 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 433 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 433 baxış
Seçilmişlər
icon