Pleyeri seçin:
Moldova gürcü jurnalistləri ölkəyə buraxmadı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın “İmedi” telekanalının jurnalisti Saba Xviçiya və operatoru Levan Tabatadzenin Moldovaya girişi qadağan edilib. Onlar Kişineuya ölkədə keçirilən parlament seçkilərini işıqlandırmaq üçün yollanmışdılar. Telekanalın məlumatına görə, çəkiliş qrupu hava limanında 5 saat gözlədilib, telefondan istifadə etmələri qadağan edilib, hərəkətləri məhdudlaşdırılıb və sənədləri müsadirə olunub. "İmedi" bu hərəkəti Moldovada "demokratiyanın Avropa standartı" adlandıraraq, jurnalist fəaliyyətinə maneə törədilməsini pisləyib. Jurnalistlər hazırda Kişineu aeroportunda Tbilisiyə geri dönmək üçün uçuşu gözləyirlər.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
