Moskva bundan elə formada istifadə edib ki... | Paşinyandan sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva saxta soyqırımı iddiasından ideoloji silah kimi istifadə edib”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Sürixdə erməni icmasının nümayəndələri qarşısında çıxışında eyham vurub ki, Osmanlı İmperiyasında 1915-ci ildə erməni soyqırımı ilə bağlı yüz ildən artıqdır səslənən ittihamlar uydurma ola bilər və mövzunun özü də soyuq müharibə başlayandan sonra Moskvadan qaynaqlanıb.
“Necə oldu ki, 1939-cu ildə ermənilərin “soyqırımı” gündəmdə olmayıb? Niyə bu gündəm 1950-ci ildə ortaya çıxdı? Niyə bu baş verdi? Bunu başa düşməliyik, ya yox? Biz bu mövzulara qarışmalıyıq, ya yox? Biz öz şəxsiyyətimizə nəzarət edirik, ya yox? Bunlar danışılmalı olan məsələlərdir. Bunlar bu problemləri həll etmək üçün anlamalı olduğumuz əsas suallardır. Biz öz tariximizi dərk etməliyik, kimliyimizi dərk etməliyik”, – N.Paşinyan bildirib.
Beləliklə, Ermənistan lideri ilk dəfə olaraq “soyqırımı” mövzusunun Moskva tərəfindən geosiyasi kontekstdə İkinci Dünya müharibəsinin bitməsindən və “soyuq müharibə”nin başlanmasından, Türkiyənin Qərb blokuna qoşulmasından sonra istifadə olunduğuna açıq şəkildə işarə edib. Yəni SSRİ bu ideoloji silahı kamalist Türkiyəyə qarşı istifadə edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
