Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesini alqışlayır | Rusiya XİN
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın mayın 26-27-də Moskvaya səfəri öncəsi Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, səfər zamanı Rusiya XİN başçısı Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı müzakirəsini planlaşdırır.
“Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır”, – deyə Rusiya XİN-in bəyanatında bildirilib.
#Cənubi Qafqaz teqi istifadə olunub
- Paşinyan Cənubi Qafqazda güc balansının dəyişəcəyini gözləyir? - AKTUAL GÜNDƏM
- Cənubi Qafqazda yollar uğrunda mübarizə: Rusiyanın planı nədir? - AKTUAL GÜNDƏM
- Meyvə-tərəvəz bazarında sərt dəyişiklik: bahalaşma təhlükəsi? - AKTUAL GÜNDƏM
- Fərid Şəfiyev Cənubi Qafqazla bağlı konfransda hansı məsələləri vurğuladı? - Baku TV
- Ermənistan sürətlə silahlanır: Hindistan Cənubi Qafqazda nə axtarır? - AKTUAL GÜNDƏM
