Pleyeri seçin:

Moskva və Brüsselin rəqabət apardığı Moldovada seçkinin nəticəsi nələri ortaya çıxardı?

05 noyabr 2024 912 baxış

Moldovanın hazırkı prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

Moldova Moskvanın və Brüsselin şiddətli rəqabətinin getdiyi ölkələrdəndir. Qərbin Ukraynada buraxdığı səhvlər, bütün ağır sanksiyalara rəğmən Rusiyanı çökdürə bilməməsi Avropaya ciddi şəkildə təsir göstərib. Son prezident seçkiləri göstərir ki, qərbmeylli hökumət hakimiyyətdə qalmağı bacarsa da, ciddi səs itkisi yaşayıb.

Moldovanın özündə M.Sandu rəqibinə məğlub oldu. Onu faktiki olaraq indiki prezident kürsüsündə saxlayan ölkə xaricindən gələn səslər oldu. Bunun bir neçə səbəbi var. İlk növbədə, Maya Sandu əvvəlki seçkilərdə vəd etdiyi hüquqi islahatları həyata keçirə bilmədi. Moldovanın məhkəmə sistemində ciddi problemlər mövcuddur və M.Sandu prezident seçilərkən bu məsələni yoluna qoyacağını bildirmişdi. Ancaq bununla bağlı heç bir real addım atmadı.

İkinci məsələ Moldovanın iqdisadiyyatında ciddi geriləmələrin müşahidə edilməsidir. Ölkə artıq bir çox məhsulla özünü təmin edə bilmir. Həmçinin maliyyə – bank sistemində də ciddi böhran müşahidə edilir. Moldova leyi sürətli şəkildə aşağı düşür, bankların maliyyə dövriyyəsi mənfiyə doğru gedir.

Üçüncüsü, Rusiya ilə gərginləşən münasibətlər ölkənin enerji sektorunda ciddi böhrana səbəb olub. Bu isə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan ölkədə insanların ciddi narazılığına gətirib çıxarır. Həmçinin Maya Sandu Qaqauz Yeri Bölgəsində də münasibətlərdə kifayət qədər səhvlərə yol verib. Nəticə olaraq muxtar bölgədə Kişineunun təsiri kifayət qədər zəifləyib.

Bunların nəticəsi olaraq avropayönümlü mövqeyi ilə bilinən M.Sandu ölkə xaricində 82,3 faiz səs qazandığı halda, rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlo isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsində 97% səs toplayaraq böyük fərqlə qələbə qazanıb. Bu seçkilərdə hər nə qədər indiki prezident qalib gəlsə də, nəticələr hökumət üçün yaxşı heçnə vəd etmir. M.Sandunun Moldova daxilində keçirilən seçkilərdə rəqibinə məğlub olması onu göstərir ki, yaxında ölkədə keçirilən parlament seçkilərində solçular iqtidar komandasını məğlub edə bilər.

Hazırda keçirilən rəy sorğuları da Sosialistlər Partiyasının ilk sırada olduğunu göstərir. Sosialistlərin parlament seçkilərində qalib gələrək hökuməti formalaşdırması M.Sandunun ikinci müddətində ona kifayət qədər çətinlik yaşada bilər.

Banner
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 912 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 912 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 912 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 912 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 912 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 912 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 912 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 912 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 912 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 912 baxış
Seçilmişlər
icon