Pleyeri seçin:

MOSSAD-a kim gizli dəstək verib? - İrana hücumla bağlı yeni faktlar ortaya çıxdı

26 iyun 2025 727 baxış

MOSSAD rəhbəri David Barnea agentlərinin İrana hava hücumunda rolunu yüksək qiymətləndirərək, göstərdikləri "xidmətlərə" görə onlara minnətdarlığını bildirib.

Barnea video açıqlamasında deyib: "Biz ayıq qalacağıq və İranda bildiyimiz bütün layihələri yaxından izləyəcəyik. İndi olduğumuz kimi orada qalacağıq".

İsrail təhlükəsizlik mənbəsi daha əvvəl "Reuters" agentliyinə bildirib ki, İsrail silah sistemlərini məhv etmək üçün MOSSAD agentlərini İrana göndərib.

Adı açıqlanmayan İsrailin təhlükəsizlik xidmətinin üzvü onu da qeyd edib ki, MOSSAD İranda nüvə alimlərinin ölümünə səbəb olan hava hücumları üçün lazım olan kəşfiyyat məlumatlarını toplamaq üçün illərdir çalışıblar.

Barnea həmçinin ABŞ Məkəzi Kəşfiyyat İdarəsinə də təşəkkür edib: "Mən əsas tərəfdaşımız olan MKİ-yə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirmək istərdim. MKİ MOSSAD-a dəstək verib və əməliyyatı mümkün edib".

İran rəsmiləri bildirirlər ki, İsrailin son hücumu ölkə daxilində ciddi kəşfiyyat pozuntularını aşkar edib və bu, onları İsraillə əməkdaşlıqda şübhəli bilinən şəxslərin mühakimə olunması üçün sərt hüquqi tədbirlər görməyə vadar edib.

Tehran MOSSAD-ı ölkənin tanınmış simalarına, alimlərinə sui-qəsddə və strateji obyektlərə hücumda ittiham edir.

İsrail iyunun 13-də İrana qarşı genişmiqyaslı hücuma başlayıb. 12 gün davam edən müharibə zamanı mülki, hərbi və nüvə obyektləri hədəf alınıb. İran Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 627 nəfər ölüb, 4870 nəfər yaralanıb.

Buna cavab olaraq İran İsrailin hərbi və kəşfiyyat obyektlərinə raket və pilotsuz təyyarələrlə hücumlar edib.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 727 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 727 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 727 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 727 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 727 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 727 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 727 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 727 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 727 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 727 baxış
Seçilmişlər
icon