İranın sabiq prezidenti "MOSSAD"la gizli görüşlərdə iştirak edibmiş? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi “The New York Times” qəzetində dərc olunan məqaləyə münasibət bildirib.
Ölkə mediasının xəbərinə görə, keçmiş prezidentin ofisi məqalədə yer alan iddiaları təkzib edib.
Məqaləyə cavab olaraq yayılan bəyanatda qeyd olunan iddiaların tamamilə yalan olduğu və ictimai rəyi çaşdırmağa, İran xalqına qarşı psixoloji müharibə üçün istifadə olunduğu vurğulanıb.
Sabiq prezidentin ofisi “The New York Times” qəzetinin “hollivudvari” iddialarının təkzib edilməsinə ehtiyac görməsə də, ölkənin həssas şəraiti və siyasi vəziyyəti, həmçinin düşmənlərin fitnəsinin qarşısını almaq məqsədilə bəyanat yaydıqlarını və bütün iddiaları qətiyyətlə təkzib etdiklərini qeyd edib.
O da bildirilib ki, Mahmud Əhmədinejad əvvəlki kimi gündəlik fəaliyyətini davam etdirir.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzetində Mahmud Əhmədinejadın İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın üzvləri ilə gizli şəkildə görüşdüyü, İsrail tərəfindən hakimiyyətə gətirilməsinin planlaşdırıldığı ilə bağlı iddialar yer alıb.
#İran teqi istifadə olunub
- İran nefti hansı bayraq altında daşınır? - ABŞ-nin sanksiya siyahısında görün kimlər var - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI
- 22 aylıq plan | İran uzunmüddətli müharibəyə nə dərəcədə hazırdır? - Baku TV
- Vaşinqton Tehranla razılaşacaq, yoxsa hərbi təzyiqi artıracaq? - Baku TV
