Müasir qanun yoxdur, kişi həmişə aliment verir, qadınlar rahatdır | Mərrakeş - ORALARDA NECƏDİR?
Yeniliklərdən dərhal xəbərdar olun
Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə ucsuz-bucaqsız səhraları, şimaldan Aralıq dənizi, qərbdən isə Atlantik okean sularının yuduğu maraqlı, ekzotik ölkə Mərakeş və ölkənin adı ilə bənzər olan Mərrakeş şəhərindən bəhs olunub.
İqliminin xoş olmasına görə Mərakeş tarixən insanların yaşadığı yer olub. 1901-ci ildə Fransa tərəfindən işğal olunmasına baxmayaraq, 1956-cı ildə müstəqilliyini qazana bilib. Mərrakeş şəhərinin əhalisi rəngarəng bağları, bazarları və məscidləri ilə turistlərin diqqətini cəlb edir.
Mərrakeşdə minimum maaş ortalama 200 dollar, yəni 340 manatdır. Buna görə də aztəminatlı əhali dövlət xəstəxanalarına müraciət edir. Orada isə hər şey elə də yaxşı deyil. Mərakeşdə həkimlər nüfuz sahibidirlər və bir çox xəstəxanalarda həkim çatışmazlığı var. Qazancları 2000-2500 dollardır. Bu isə 3400-4250 manat edir.
Burada məktəbə 6 yaşından gedirlər. Mərakeşdə təhsilin üstün cəhətlərindən biri də odur ki, hər iki dövlət dili həm ərəbcə, həm də fransızca tədris olunur. Müəllimlər həkimlər kimi ağ rəngdə geyinirlər. Hesab olunur ki, ağ rəng insanın sinir sistemini sakitləşdirir. Təhsil istəyə görə 9 və ya 12 il davam edir.
Mərakeş İslam ölkəsi olmasına baxmayaraq, burada qadınlar özlərini daha rahat hiss edirlər. Məsələn, boşanma zamanı səbəb nə olursa olsun, alimenti həmişə kişi ödəyir. Hətta evlilikdən dünyaya uşaq gəlməyibsə belə, kişi yenə də qadına pul ödəyir. Mərakeşdə qadınların təhsil alması və istənilən sahədə karyera qurması da mümkündür. Qadınlar geyimlərində də sərbəstdirlər.
Mərrakeş kimi ziddiyyətli şəhərdə yaşamaq, bəlkə də, çətindir. Burada “sən mənim qara ciyərimsən” demək ən ülvi sevgi etirafı sayılır. Bu əsrarəngiz şəhərdə hər kəsin öz yolu, öz ruzisi var. Onlar çətinlikdən qorxmurlar və hər günü şükür edərək başa vururlar.
#Oralarda necədir (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- Bu ölkədə boşanmaq niyə qadağan edilmişdi? - ORALARDA NECƏDİR?
- Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?
- Ev tapşırığı yoxdur, təhsil pulsuzdur | Çoxlarının arzusunda olan bu ölkədə həyat necədir?
- Evə baxmasan, dövlət əlindən alır | Bu ölkədə milyonlar qazanmağın sirri nədir? - ORALARDA NECƏDİR?
- Dünyanın heç yerində olmayanları bu adalarda görə bilərsiniz - ORALARDA NECƏDİR?
