Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?
“Oralarda necədir?” rubrikasının yeni buraxılışında Bakıdan 3810 kilometr məsafədə, Sena çayı sahilində yerləşən Fransanın paytaxtı Parisdən bəhs edilir.
Bu şəhərin əsası eramızdan əvvəl III əsrdə qoyulub. Aleksandr Düma, Napoleon Bonapart və Şarl de Qollun vətəni olan Paris Eyfel qülləsi, Luvr muzeyi, eləcə də Vensen qəsri kimi tarixi abidələri ilə məşhurdur.
Bu şəhərdə dövlət xəstəxanalarında ana olmaq pulsuzdur. Özəl klinikada ana olmaq istəyənlər isə 4000–6000 avro (7904–11856 manat) civarında pul ödəməli olurlar. Analıq məzuniyyəti 3 aydır, bu səbəbdən şəhər meriyası 2 aylıq körpələr üçün bağça təqdim edir.
Məktəb təhsili 6 yaşdan başlayır və 12 il davam edir. Dərsə gecikmək və ya intizamı pozmaq 2 saat sakit otaqda oturmaqla cəzalandırılır. İşə yeni başlayan müəllimlərin maaşı 1700 avrodan (3360 manat) 3000 avroyadək (5928 manat) yüksəlir. Ali məktəblərə qəbul üçün isə xüsusi imtahan yoxdur, məktəb qiymətləri kifayət edir.
Parisdə daşınmaz əmlak bahalıdır. Şəhərin tarixi hissəsində yeni binalar tikilmir və 1 kvadratmetrin ortalama qiyməti 10 min avroyadır. Köhnə tikililərə müdaxilə də olunmur, şəhərin tarixi görünüşünə xələl gətirmək qadağandır.
Ölkədə minimum pensiya 800 avro (1551 manat) olsa da, təqaüdçülər adətən 1000–1500 avro (1939–2909 manat) pensiya alırlar. Parisdə yaşlılar yalnız sakit həyat sürmür, həm də gecə klublarında əylənirlər.
#Fransa teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Papanın Fransa səfərinin son dayanacağı Mets olacaq
- Fransa Prezidenti gələcəkdə yenidən prezidentliyə qayıda biləcəyini istisna etməyib - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- İdxalın sürətlənməsi Fransanın xarici ticarət balansını zəiflədib
