Pleyeri seçin:

ABŞ qoşunlarının çıxarılması İraq kürdlərini niyə narahat edir? - Baku TV

28 sentyabr 2026 22 baxış

ABŞ qoşunlarının İraqdan çıxarılması qərarı ölkənin şimalındakı Kürdüstan Muxtar Regionunda narahatlıq yaradıb.

Regionun Baş naziri Məsrur Bərzani Amerika hərbçilərinin gedişindən sonra kürdlərin raket və pilotsuz uçuş aparatlarının mümkün hücumları qarşısında müdafiəsiz qala biləcəyini bildirib.

Bəs Vaşinqton niyə qoşunlarını İraqdan çıxarmaq qərarına gəlib?

Siyasi şərhçi Oqtay Qasımovun fikrincə, ABŞ-nin bölgədəki hərbi iştirakını azaltması yeni qərar deyil və bu proses Donald Trampın prezidentliyi dövründə daha da intensivləşib:

“Donald Tramp hələ ilk prezidentlik dönəmində Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarlı olduğunu bəyan etmişdi. İraq məsələsində də eyni yanaşma var. Ölkədən kənarda silahlı qüvvələri saxlamaq kifayət qədər bahalıdır. Bunun əvəzinə daha mobil və çevik qüvvələrdən istifadə etmək daha uyğun hesab olunur”.

Ekspert bildirib ki, ABŞ-nin yeni təhlükəsizlik yanaşması çərçivəsində xaricdəki hərbi qüvvələrin azaldılması və regional tərəfdaşların rolunun artırılması nəzərdə tutulur:

“Bu, sürpriz və gözlənilməz qərar deyil. Əslində, planlı addımdır. ABŞ həm Avropada, həm də Yaxın Şərqdə hərbi qüvvələrinin sayını azaltmaq və yeni doktrina əsasında onların bir hissəsini geri çəkmək istəyir”.

O.Qasımov Kürdüstan Muxtar Regionunun narahatlığının səbəblərinin də başa düşülən olduğunu deyib. Onun sözlərinə görə, regiondakı kürd qruplaşmaları uzun müddət müxtəlif xarici güclərin dəstəyindən yararlanıb:

“Amerika qoşunları çəkiləndən sonra onlar üçün müəyyən problemlərin yaranacağından narahatdırlar. Lakin hesab edirəm ki, İraq mərkəzi hökuməti, Türkiyə və digər ölkələrlə münasibətlər normal saxlanılarsa, ciddi problem yaranmaya bilər”.

Yaxın Şərqdə yeni münaqişə yaranır? | Tehranla Bağdad arasında nə baş verir? - ANA XƏBƏR

Yaxın Şərqdə yeni münaqişə yaranır? | Tehranla Bağdad arasında nə baş verir? - ANA XƏBƏR

Dünya
28 sentyabr 2026 22 baxış
Avropalılar qaza və elektrikə qənaət etməlidir

Avropalılar qaza və elektrikə qənaət etməlidir

Dünya
28 sentyabr 2026 22 baxış
Sky News: "Hücum planında İranın mümkün iştirakı araşdırılır"

Sky News: "Hücum planında İranın mümkün iştirakı araşdırılır"

Dünya
28 sentyabr 2026 22 baxış
Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV

Netanyahu özəl təyyarə ilə Əbu-Dabiyə getdi: görüş niyə açıqlanmadı? - Baku TV

Dünya
28 sentyabr 2026 22 baxış
Bazara endirilən zərbədə 40 nəfərin yaralandığı bildirilir

Bazara endirilən zərbədə 40 nəfərin yaralandığı bildirilir

Dünya
28 sentyabr 2026 22 baxış
İran tərəfi “Remus 600”lə bağlı yeni açıqlama yayıb

İran tərəfi “Remus 600”lə bağlı yeni açıqlama yayıb

Dünya
28 sentyabr 2026 22 baxış
Papanın Fransa səfərinin son dayanacağı Mets olacaq

Papanın Fransa səfərinin son dayanacağı Mets olacaq

Dünya
28 sentyabr 2026 22 baxış
Yeni araşdırma itlərin beyin fəaliyyətinə dair maraqlı nəticə göstərib

Yeni araşdırma itlərin beyin fəaliyyətinə dair maraqlı nəticə göstərib

Dünya
28 sentyabr 2026 22 baxış
Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI

Təbii fəlakət yaponların həyatını alt-üst etdi - Baku TV CANLI

Dünya
28 sentyabr 2026 22 baxış
Aİ Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün yol xəritəsi hazırlayır

Aİ Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün yol xəritəsi hazırlayır

Dünya
28 sentyabr 2026 22 baxış
Seçilmişlər
icon