“Polo” Meksikanı vurub, güclənən “Rachel” isə sahillərdə ikinci fırtına təhlükəsi yaradır
“Polo” qasırğası Meksikanın Aşağı Kaliforniya yarımadasının cənubunda güclü yağışlara və dağıntılara səbəb olub.
Qasırğa ərazidən 2-ci kateqoriyalı fırtına kimi keçib. Ağaclar və elektrik dirəkləri aşıb, küçələri su basıb, bəzi ərazilərdə əmlaka ziyan dəyib. Ölən və xəsarət alanlar barədə məlumat verilməyib.
Aşağı Kaliforniya-Sur ştatında təxminən 700 nəfər təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşdirilib. Hakimiyyət onların gün ərzində evlərinə qayıdacağını bildirib. La-Pas və Los-Kabos kimi turizm bölgələrində isə vəziyyətin normal olduğu açıqlanıb.
“Polo” daha sonra Sonora ştatında ikinci dəfə sahilə çıxıb. Qasırğa bu dəfə 1-ci kateqoriya ilə Quaymas liman şəhəri yaxınlığından keçib və küləyin sürəti saatda 150 kilometrə çatıb.
Fırtına bir neçə gün Meksikanın Sakit okean sahillərində güclü yağış və dalğalara səbəb olub. Bu səbəbdən bəzi ərazilərdə təxliyələr həyata keçirilib, limanlar bağlanıb və məktəblərdə dərslər dayandırılıb.
Bu arada, “Rachel” tropik fırtınası da Meksika sahilləri yaxınlığında güclənir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, onun yaxın günlərdə qasırğaya çevriləcəyi gözlənilir.
#Meksika teqi istifadə olunub
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Şuşada Meksikanın müstəqillik günü qeyd olunur - Baku TV
- Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV
- Meksikada cinayətkarlar daha dağıdıcı üsullara əl atır
- Meksika rəsmiləri Tramp Administrasiyasına gizli məlumat ötürür
